ASAIF Böyük Britaniyanın paytaxtı Londonda, Böyük Britaniya Parlamentinin İcmalar Palatasında "Avropa Enerji Təhlukəsizliyində Yeni Dinamika: Azərbaycan və Türkiyənin Rolu" adlı Enerji Forumu keçirib. Tədbirin digər təşkilatçısı isə Birləşmiş Krallıqda fəaliyyət göstərən Türk Tələbələrinin Şəbəkəsi təşkilatı - Network of Students (NOS) idi.
ASAIF-dən SİA-ya verilən məlumata görə, forumun keçirilməsində əsas məqsəd xüsusilə hazırda təhsil alan gənclərə gələcək işlərində faydalı ola biləcək və regionda baş verən siyasi proseslərin analizində yardımcı ola biləcək informasiyaların verilməsi, Azərbaycan və Türkiyənin Avropa üçün artan əhəmiyyətini, xüsusilə Azərbaycanın ixracatçı kimi stabil və enerji təhlükəsizliyinin qarantoru olduğunu göstərməkdir. Bununla yanaşı işğalçı erməni siyasətinin 90-cı illərdə Azərbaycan üçün yaratdığı çətin dövrə baxmayaraq indiyədək əldə olunan iqtisadi, siyasi və sosial inkişafını bildirmək, bugünki ölkə liderliyinin, cənab Prezident İlham Əliyevin birbaşa iştirakı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın böyük ölçüdə əhəmiyyətli rolu ilə ərsəyə gələn, Türkiyə Respublikası ilə əməkdaşlıq nəticəsində uğurla davam etdirilən TANAP layihəsinin nəticələri və Avropa üçün əhəmiyyətindən bəhs etmək idi.
Tədbirdə Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, SOCAR-ın London ofisinin direktoru Rüfət Əfəndiyev və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Rövşən İbrahimov, Türkiyə Respublikasını təmsilən bugünün hakim partiyası olan - Ədalət və İnkişaf Partiyasının yaradıcılarından və yeni hökümətin ilk Xarici İşlər Naziri olmuş Yaşar Yakış, Türkiyənin Böyük Britaniyadakı Konsulu Ahmet Demirok, Global Resources Corporation-nın sədri Mehmet Öğütçü, yerli parlamentar - britaniyalı millət vəkili Eric Joyce və 250-yə dək Britaniyada təhsil alan və məzun olan azərbaycanlı və türkiyəli gənclər, 15-dən artıq müxtəlif ölkəni təmsil edən digər xarici vətəndaşlar iştirak edirdilər.
Forumun açılış nitqini ASAIF-in sədri Ramin Həkimov iştirakçıları salamlayaraq və forumun təşkilatçıları olan NOS və ASAIF haqqında məlumat verib. Daha sonra forumun moderatoru Mehmet Öğütçünün sədrliyi ilə forum öz işinə başladı. İki saat davam edən tədbirdə ekspertlər Avropanın enerji təhlükəsizliyi və diversifikasiya siyasəti, regionda baş verən geosiyasi proseslər, Xəzər hövzəsinin və xüsusilə Avropanın enerji təminatında Azərbaycanın ixracatçı, Türkiyənin tranzit rolunun önəmi, bu iki ölkənin enerji üzrə xarici siyasətləri, TANAP layihəsinin ərsəyə gətirilməsi prosesini geniş şəkildə təsvir olunub. Eyni zamanda Azərbaycanın Qarabağ reallıqları, erməni işğalının Avropa enerji təhlükəsizliyinə və regiondakı sülh və stabilliyə olan mənfi təsirindən geniş şəkildə bəhs olundu.
Panel spikerlərinin çıxışından sonra isə forum sual-cavab sessiyası ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB