İnternet portallarına nəzarət ediləcək YENİLƏNİB

İnternet portallarına nəzarət ediləcək YENİLƏNİB

Mətbuat Şurasına bu günə kimi internet portallarının üzv olması üçün 30 müraciət daxil olub. SİA-nın verdiyi xəbərə görə, bunu MŞ-nın sədri Əflatun Amaşov bu gün keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, bununla yanaşı Şuraya internet portallardan bəzi şikayətlər də daxil olub: "Bu müraciətlərə baxmaq üçün MŞ-da müvafiq Komissiya yaradılıb. Komissiya bu gündən etibarən bu müraciətlərə baxacaq".

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, ölkədə internet xəbər resurslarının sayı artır və mövcud reallıqlar Şuranın bu istiqamətdə fəaliyyət göstərməsini diktə edir. Yaradılmış komissiya onlayn mediadan gələn şikayətləri araşdırılacaq, internet səhifələrinə haker hücumlarını və onlayn media ilə bağlı məsələləri araşdırmağı öz üzərinə götürəcək.

Həmçinin Ə.Amaşov qeyd edib ki, komissiyanın fəaliyyətinin ümumi konsepsiyasının da hazırlanması nəzərdə tutulub: "Bu həftə ərzində komissiyanın ilk iclası keçiriləcək və şikayətlər araşdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə