Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurur
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurur. SİA-ya verilən məlumata görə, bunu jurnalistlərə müsahibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov deyib.
A.Rəhimov bildirib ki, yaranmasının birinci ildönümünü qeyd edən Dövlət Xidməti tərəfindən qısa müddətdə böyük işlər görülüb. Əsas diqqət səfərbərlik və səfərbərlik hazırlığı işinin təşkilinə, ordu sıralarının və qanunvericiliklə yaradılmış silahlı birləşmələrin çağırışçılarla komplektləşdirilməsinə, çağırışaqədər gənclərin orduda xidmətə hazırlıq məsələlərinə yönəldilib.
Xidmət rəisi deyib: "Bir il ərzində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilmişdir. Bu istiqamətdə işlər bu gün də davam edir. Biz Ali Baş Komandan İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri yerinə yetirməyə qadir olan bir qurumuq. Qısa zamanda bunu sübut edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB