Hökumətlərarası komissiyanın iclası keçiriləcək

Hökumətlərarası komissiyanın iclası keçiriləcək

Bu gün Küveyt baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid əl-Həmad əs-Sabahın 50 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfəri başlayıb. SİA-nın xəbərinə görə, nazir sabah Bakıda keçirilən Azərbaycan və Küveyt hökumətlərarası birgə komissiyanın 2-ci iclasında iştirak edəcək.

Məlumat üçün bildirək ki, iclas zamanı iki ölkə arasında bir sıra rəsmi sənədlərin imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə