Özəl tibb müəssisələrinin reklamı səs-küyə səbəb oldu

Özəl tibb müəssisələrinin reklamı səs-küyə səbəb oldu

Azərbaycanda özəl tibb müəssisələrinin reklam verməsi məsələsi Milli Məclisin Sosial siyasət komitəsinin bugünkü iclasında səs- küyə səbəb olub. SİA-nın məlumatına görə, bundan sonra bu məsələyə xüsusi diqqət yetiriləcək. İclasda bununla bağlı qanunvericiliyə dəyişiklik müzakirə olunub.

Komitə sədri Hadı Rəcəbli bildirib ki, "Reklam haqqında" qanuna təklif olunan dəyişikliyə görə, özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməldir.

Çıxış edən deputatların əksəriyyəti bu təklifi dəstəkləyərək bildiriblər ki, televiziya kanallarında bir sıra özəl tibb müəssisələri həqiqətə uyğun olmayan reklamlar verirlər.

Qanuna dəyişikliyin əleyhinə çıxan deputat Elmira Axundova bildirib ki, bu dəyişikliyin həyata keçirilməsi televiziyaların maliyyə vəziyyətinə zərbə olacaq, çünki onların bir çox verilişlərinə məhz özəl tibb müəssisələri sponsorluq edir.

İclasda, həmçinin "Dərman vasitələri haqqında" qanuna təklif olunan dəyişikliyə görə, dərman vasitələrinin üzərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası yapışdırılmalıdır.

Qanunlara dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə