Əkrəm Əylisli cinayət məsuliyyətinə cəlb olunacaq

Bu gün Qarabağ QHT Koalisiyası, qaçqın, məcburi köçkün, müharibə veteranlarını və şəhid ailələrini təmsil edən digər bir qrup QHT-ri bir araya gələrək Əkrəm Əylislinin "Daş yuxular"əsərində bir millətin şərəf və ləyaqətini təhqir etdiyinə, tarixi təhrif edərək dövlətimizə və xalqımıza böhtan atdığına görə onun məhkəməyə verilməsi, həmçinin "İstiqlal" və"Şöhrət" ordenlərindən məhrum olması üçün Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisi qarşısında məsələ qaldırılması barədə qərar qəbul ediblər. SİA-nın məlumatına görə, Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov çıxışında bildirib ki, Əkrəm Əylisli yazdığı romanla özünü, yaradıcılığını, Şəxsiyyətini Azərbaycan xalqı qarşısında ləkələyib: "O "Daş yuxular" romanı vasitəsilə əsl kimliyini bəyan edib, ermənipərəst mövqeyini, millətinə qarşı hansı hislər daşıdığını göstərib. Anlamaq olmur ki, ağlı başında olan bir insan yaşadığı, çörəyini yediyi torpaqlara, o torpaqlarda yaşayan insanlara necə bu qədər xəyanət edə bilərmiş?".

Sədr qeyd edib ki, Əkrəm Əylisli "İstiqlal" və"Şöhrət" ordenlərindən məhrum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət məsuliyyətinə cəlb edilməlidir.

Daha sonra tədbir iştirakçıları da "Daş yuxular" əsərində Azərbaycanın tarixinin tamamilə təhrif olunmuş formaının əks olunduğunu bildiriblər. Məhz bu səbəbdən Əkrəm Əylislinin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...