Rusiyada oxuyan şagirdlər geri qayıdır

Rusiyada oxuyan şagirdlər geri qayıdır

Rusiya və digər MDB dövlətlərinə üz tutuan Şəmkir sakinləri yenidən vətənə qayıdır ki, bu da rayonun təhsil sahəsində müsbət dinamikanın artımına səbəb olub. Son 5 illə müqayisədə valideynləri ilə birlikdə digər dövlətlərə üz tutan məktəblilərin geri dönməsi, Şəmkir rayonunda şagirdlərin sayında artıma səbəb olub. Təhsil Şöbəsinin müdir müavini Cəlal Hüseynovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, hazırda rayonda şagirdlərin sayı qənaətbəxşdir: "Ölkədə ildən-ilə əhalinin rifah halının yaxşılaşması, nəticə etibarı ilə Şəmkirdən xarici ölkələrə üz tutan əhalinin geri dönməsinə zəmin yaradır. Bu da məktəblərdə oxuyan uşaqların artımına təsir edir. Bundan əlavə təkcə bu il ərzində rayonun orta ümumtədris müəssisələrinə 200-dən artıq şagird 1-ci sinifə qəbul olunub".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə