Bu gün Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı ölkəmizdə əldə olunan uğurlarla yanaşı mövcud olan çatışmazlıqlardan da danışıb.
Sahibkarların Azərbaycan iqtisadiyyatının inkişafında önəmli rola malik olduqlarını deyən Prezident yerlərdə onlara qarşı neqativ münasibətlərin olduğu haqda faktları da sadalayıb. Bildirib ki, sahibkarlara subsidiyaları veririk amma, əfsuslar olsun ki, bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik: "Subsidiyalar ya ünavana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda ümumiyyətcə istehsal olunan məhsulun həcmi artırılır, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən gətirilən avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Bu sahədə biz tam şəffaflığı təmin etməliyik. Dövlət öz kəndlisinə öz dəstəyini verir və verəcəkdir".
Dövlət başçısı fermerlərə müraciət edərək onlara öz təkliflərini verməyi tösiyyə edib: "Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına təkliflər versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir.
Elə etməliyik ki, yaxın illərdə 100 faiz Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin etsin".
Prezident bölgələrdə işlərin müsbət istiqamətdə getdiyini də qeyd edib: "Yerli icra orqanların rəhbərləri, nümayəndələri öz vəzifə borcunu yerinə yetirirlər. Əksər hallarda dediyimi kimi, sahibkarlarla yerli orqanlar arasında münasibətlər sağlam zəmində qurulur, ancaq elə hallar var ki, biz bu hallardan da çox ciddi narahatlıq keçiririk. Yerli icra orqanları, icra başçıları öz məsuliyyətini dərk etməlidir. Dövlət siyasətini aparmalıdırlar. Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Sahibkarlığın dəstəyi ölkəmizin uğurlu inkişafını təmin edəcək. Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər".
Ölkə rəhbəri xüsusi olaraq vurğulayıb ki, sahibkarları incidən, onlardan qanunsuz tələbdə olan şəxslər cəzalandırılacaqlar: "Onlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər. Hər bir rayona dövlət tərəfindən vəsait ayrılır və o vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Onlar bu işlərdə könüllü iştirak etməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB