“Azərspace-1” peyki azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunacaq
Azərbaycanın ilk telekommunikasiya peyki "Azərspace-1" martın ortalarından etibarən azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunacaq. SİA-nın verdiyi məlumata görə, bu sözləri fevralın 12-də keçirdiyi mətbuat konfransında "Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev deyib.
R.Nəbiyev bildirib ki, peyk artıq müəyyən olunmuş cədvələ uyğun olaraq hərəkət edir və bu ayın 15-də təyin olunmuş Şərq istiqamətində 46 dərəcədə yerini tutacaqdır.
Peykin platformasında və faydalı yükündə heç bir problemin olmadığını, əksinə gözlənildiyindən də yaxşı nəticələr verdiyini deyən R.Nəbiyev qeyd edib ki, "Azərspace-1" orbitdə öz yerini tutandan sonra 15-20 gün ərzində müəyyən sınaqlar keçiriləcək və bundan sonra - təxminən matın birinci ongünlüyündə azərbaycanlı mütəxəssislərin idarəetməsinə veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB