Mərkəzi qərargahda görüş baş tutdu

Mərkəzi qərargahda görüş baş tutdu

Milli Şura və Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında görüş baş tutub

2013-cü il 12 fevral tarixində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidov və Milli Şuranın əməkdaşlarının, İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərovun və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının əməkdaşlarının iştirakı ilə görüş keçirilib. Qurumdan SİA-ya verilən məlumata görə, görüşün əsas məqsədi Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə Milli Şura arasında mövcud əlaqələrin inkişafı və perspektivlərinin müzakirəsi olub.

Müzakirələr zamanı əsas hədəf olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolunun artırılması, eləcə də məhz Dağlıq Qarabağdan olan gənclərin ictimai-siyasi fəallığının artırılması olub. Bundan başqa görüş zamanı tərəflər arasında gələcək layihələr və bu layihələrədə birgə iştirak müzakirə olunub.
Həmçinin görüşdə Xocalı soyqrımı ilə bağlı həyata keçirilə biləcək birgə tədbirlər və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının "Xocalıya Ədalət" kampaniyası çərçivəsində sosial şəbəkələrdə başlatmış olduğu aksiyaya Milli Şuranın göstərə biləcəyi dəstək müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə