İran hakimiyyəti ötən prezident seçkilərində indiki prezidentə rəqib olmuş və hazırda həbsxanada olan Mir Hüseyn Musəvinin iki qızını da həbs edib. SİA-nın İranın Kaleme saytına istinadən verdiyi məlumata görə, Nərgiz və Zəhra adlı iki bacı öz evlərində xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən tutulublar. Onların hara aparıldıqları barədə dəqiq məlumat yoxdur.
Məlumatda bildirilir ki, bacıların həbsinə iki həftə bundan əvvəl onlar tərəfindən yayılmış müraciət səbəb ola bilər. Onlar valideynləri ilə uzun müddət görüşə bilməmələrinin səbəbini hakimiyyət dairələrinin qadağasında görüblər və bu ədalətsizliyə son qoymağı, valideynlərinin dərhal azad olunmalarını tələb ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB