“Azərbaycan həqiqətləri” toplusunun təqdimatı olub

“Azərbaycan həqiqətləri” toplusunun təqdimatı olub

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan həqiqətləri" adlı filmlərdən ibarət toplunun təqdimatı olub. SİA-nın verdiyi məlumata görə, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış toplu Azərbaycan və ingilis dillərindədir.

Topluya erməni terror təşkilatlarının Azərbaycanda dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırımı aktlarından bəhs edən "Soyqırımı: Bakı", "Soyqırımı: Quba", "Soyqırımı: Şamaxı", "Xocalı soyqırımı", "Qaradağlı soyqırımı", "Ağdaban faciəsi" filmləri daxildir. Topluda, həmçinin Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Şuşa və Ağdam şəhərlərində törətdikləri vandalizm aktlarını özündə əks etdirən "Dağıdılmış mədəniyyət beşiyi - Şuşa" və "Ağdam; Qafqazın Xirosiması" filmləri də yer alıb.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə