Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin növbəti yığıncağı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, yığıncağda Əkrəm Əylislinin "Daş yuxular" romanına münasibət bildirilib. Yazıçılar romanda Azərbaycan xalqının əleyhinə olan fikirlərə qarşı yüksək qəzəb və hiddətlərini ifadə edərək onun mövqeyini tənqid edib, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Əkrəm Əylislinin Xalq yazıçısı fəxri adının alınmasını, Prezidentin fərdi təqaüdündən məhrum edilməsini, Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən xaric edilməsini ürəkdən bəyəniblər.
Çıxış edənlər Əkrəm Əylislinin bu hərəkətlərinə sonsuz qəzəbini və nifrətini bildiriblər. Əkrəm Əylislinin bu romanını Azərbaycanın haqlı mövqeyinə ciddi ziyan vuran, illər boyu diplomatiyamızın, mətbuatımızın, ziyalılarımızın, o cümlədən yazıçılarımızın beynəlxalq səviyyədə milli maraqlarına xidmət edən fəaliyyətinə ağır zərbə endirən hadisə kimi dəyərləndiriblər. Qeyd olunub ki, Azərbaycanın çörəyini yeyib, suyunu içən, onun ən yüksək mükafatlarına sahib olan, ancaq fürsət düşən kimi ölkəsinə düşmən mövqedə dayanan, xalqını təhqir edən bu adamın şübhəsiz damarlarında axan erməni qanıdır.
Bu günlərdə Respublikanın televiziya kanallarında və mətbuatda roman haqqında söhbətlərdən bir həqiqəti aydın görürük ki, Əkrəm Əylisli "Xocalı soyqırımını" törətməklə fəxr edən erməni havadarlarına canıyananlıq edərək Azərbaycan xalqını alçatmağı öz qarşısına məqsəd qoyub. Çıxış edən yazıçılar Əkrəm Əylisli haqqında çıxarılan qərarları bəyəndiklərini bildirib və qeyd ediblər ki, Əkrəm Əylisli bundan da ağır cəzaya layiq olan bir şəxsdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB