Yeni binaların tikintisinə başlanılıb

Məcburi köçkünlər üçün yeni binaların tikintisinə başlanılıb
Yeni binaların tikintisinə başlanılıb

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sifarişi ilə Gəncə şəhərində məskunlaşan məcburi köçkünlər üçün yeni binaların tikintisinə başlanılıb. Qurumun Gəncə şəhər nümayəndəsi Süleyman Abbasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, artıq Gəncə şəhərində 60 ailə üçün 25 binanın tikintisinə start verilib: "5 mərtəbəli binalarda 1500 məcburi köçkün ailəsinin məskunlaşdırılması nəzərdə tutulur. Bir hissəsi sentyabr ayına başa çatması gözəlinlən binalara Gəncənin yataqxanalarında məskunlaşan məcburi köçkünlər köçürüləcək. Gəncə ilə yanaşı Hacıkənd qəsəbəsində sığınacaq tapan köçkün ailələri üçün yeni evlərin inşasınada başlanılacaq. Lakin Gəncə şəhərindən fərqli olaraq Hacıkənddə yaşayan 600-ə yaxın ailə üçün həyətyanı sahədə daxil olmaqla fərdi mənzillər hazırlanacaq"

Qeyd edək ki, rəsmi statistikaya görə, Gəncə şəhərində 16 min 500 nəfər məcburi köçkün yaşayır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə