Həlak olan üçüncü pilotun da meyidi tapıldı SON XƏBƏR

Həlak olan üçüncü pilotun da meyidi tapıldı SON XƏBƏR

Qəzada həlak olmuş digər iki hərbçinin meyiti dünən tapılaraq sudan çıxarılmışdı

Azərbaycanda baş verən helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin anspress-ə verdiyi məlumata görə, Əhmədov Yaşar Mail oğlunun meyidi bir neçə dəqiqə əvvəl tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, dünən saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək "Şıxov" çimərliyi istiqamətində qəzaya uğrayıb. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Digər iki hərbçinin meyiti dünən tapılaraq sudan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə