Bütün qəsəbələr bankomatlarla təmin ediləcək

Bütün qəsəbələr bankomatlarla təmin ediləcək

"Gəncədə yeni salınan bütün qəsəbələr bankomatlarla təmin ediləcək". Bu barədə SİA-nın Qərb bürosuna "Kapital Bank"ın Kəpəz filialının direktoru Rauf Hüseynov məlumat verib.

Onun sözlərinə görə, artıq sözügedən prosesə start verilib və artıq yeni salınan yaşayış massivində 2 bankomat quraşdırılıb: "Şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə Gəncə şəhərinin qəsəbələrinə yeni bankomatların quraşdırılmasına başlamışıq. Sözügedən ərazilərdə minlərlə əhali yaşasa da, onlar bankomatlardan istifadə üçün şəhərin mərkəzinə gəlirdi. Yaxın müddətdə bütün yaşayış massivlərində bankomatlar olacaq. Əhali bundan rahat şəkildə istifadə edəcək".

Qeyd edək ki, təkcə Gəncə şəhərində 60 mindən artıq vətəndaş bankomatlardan istifadə edir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə