"İRƏLİ" İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində keçirilən "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi yekunlaşıb.
İctimai Birlikdən SİA-ya verilən məlumata görə, layihə müddətində 100 gənc lider liderlik, iqtisadiyyat, maliyyə, sığorta, eyni zamanda gəncləri əhatə edən müxtəlif mövzular üzrə ölkənin ən aparıcı ekspertləri ilə ünsiyyətdə və fikir mübadiləsində olmaq imkanı əldə ediblər. 6 gün davam edən layihə müddətində 5 komanda (Etimad, Uğur, Birlik, İnkişaf və Tərəqqi) qalibiyyət uğrunda yarışıb.
Eyni zamanda layihə ərzində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə müxtəlif yarışlar keçirilib.
Bakı şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən komandalar arasında "kəndir dartma" yarışı keçirilib və yarışda 1-ci yerə "Etimad" komandası, 2-ci yerə "İnkişaf" komandası və 3-cü yerə "Tərəqqi" komandası laiq görülüblər. Həmçinin komandalar arası "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib və "Etimad" komandası qalib olub. Gənc liderlər son gündə "N" saylı hərbi hissədə olublar.
Qeyd edək ki, yaxın vaxtlarda "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsinin bağlanış mərasimi keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB