Elmar Vəliyev: "Qısa zamanda Gəncədə bəzi küçələrə adlar veriləcək"
"Qeydiyyatda olmayan vətəndaşların mənzilləri qeydiyyata alıncaq"
"Qısa zamanda Gəncədə bəzi küçələrə adlar veriləcək, qeydiyyatda olmayan vətəndaşların mənzilləri qeydiyyata alınğaq". SİA-nın Qərb bürosunun verdiyi məlumata əsasən bu barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev KİV nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
"İlkin mərhələdə Məhsəti qəsəbəsində yaşayan bəzi əhali təbəqəsinin mənzilləri qeydiyyata götürüləcək. Yaxın zamanda əhalinin mənzilləri qeydiyyata götürüləcək. Vətəndaşlar bir başa, heç bir məmurla görüşmədən banglara dövlət rüsumunu keçirməklə bu məsələni həll edə biləcəklər. Bu doğurdan da problemdir. Bəzi küçələrin adları yoxdur, vətəndaş öz ünvanını bilmir. Bütün bunlar yaxın vaxt ərzində aradan qaldırılacaq", - deyə E.Vəliyev əlavə edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB