Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəvəti ilə " Ortaq türk ədəbi keçmişindən ortaq türk ədəbi gələcəyinə baxış" konfransında və Türk Dünyasının böyük şairi-aydını A.Karakoçun xatirəsi ilə bağlı tədbirlər silsiləsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan TBMM-nin üzvləri, millət vəkilləri Feramüz Üstün, Selcuq Özdağ, Muzaffer Arslan, A.Karakoçun ailə üzvləri, Türkiyənin alimləri, görkəmli yazarları, aydınları və sənətçiləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsini ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, abidə və heykəllər qarşısına gül qoyan Türkiyəli qonaqlara millət vəkili Qənirə Paşayeva 21 il bundan əvvəl bütün dünyanın gözü qarşısında Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırım və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar barədə geniş bilgi verilib.
Sonra Türkiyəli qonaqlar Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş "güllələnmiş heykəllər" kimi tanınan və Şuşada vandalizmə məruz qalmış heykələri ziyarət ediblər.
Millət vəkili Qənirə Paşayeva Bülbül, Natəvan və Üzeyir bəy Hacıbəylinin heykəllərinin Bakıya gətirilməsi hadisəsi barədə qonaqlara məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB