Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademik Mahmud Kərimovla vida mərasimi keçirilib. SİA-nın məlumatına görə, saat 15:00-a qədər keçiriləcək vida mərasimində iştirak etmək üçün ölkənin elm xadimləri, deputatlar və müxtəlif sahələrdə çalışan ziyalılar, sadə vətəndaşlar AMEA-ya gəliblər.

Akademiyanın prezidenti Mahmud Kərimov I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, AMEA prezidenti Mahmud Kərimov ötən gün vəfat edib. O qəfil ürəktutmasından dünyasını dəyişib.

Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə İrəvan şəhərində anadan olub, Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib, həmin ildən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...