“Aydın Sabah” Gənclərə Dəstək İctimai Birliyi 1 yaşında

“Aydın Sabah” Gənclərə Dəstək İctimai Birliyi 1 yaşında

Bu gün "Aydın Sabah" Gənclərə Dəstək İctimai Birliyinin 1 yaşı tamam olub. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq çıxış edən İB-nin sədri Tural Şahbazlı bildirib ki, qurumun yaranmasından artıq 1 il ötür: "2012-ci ilin fevralın 11-də İctimai Birliyimizin əsası qoyulub. Yarandığımız dövrdən bu günə qədər bir sıra vacib layihələr həyata keçirilib".

Sədr onu da vurğulayıb ki, birliyin əsas məqsədi Azərbaycan vətəndaşlarının ümumrespublika səviyyəsində inkişafını təmin etməklə elm, təhsil, din, mədəniyyət, ekoloji maarifləndirmə, insanların azadlığı və fərdi inkişafının təmin olunması, milli-mənəvi dəyərlərə əsaslanan müasir vətəndaş obrazının yaradılması, ümumrespublika və beynəlxalq səviyyədə əməkdaşlığın və iştirakın təmin olunmasıdır.

Daha sonra çıxış edən Səbail rayon Gənclər və İdman İdarəsinin rəis müavini Faiq Qurbanov bildirib ki, prezident İlham Əliyev hər zaman gənclərimizə diqqət və qayğı göstərir: "Belə ictimai birliklərin fəaliyyətinə dəstək olmaq çox vacib məsələdir. İnanıram ki, "Aydın Sabah" Gənclərə Dəstək İB gələcəkdə də öz işini layiqincə yerinə yetirə biləcək".

Səbail rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İsrafil Kərimov isə çıxışında vurğulayıb ki, hər zaman gənclərlə bağlı bir sıra layihələr həyata keçirilir: " "Aydın Sabah" Gənclərə Dəstək İB İcra Hakimiyyətinin təşkil etdiyi tədbirlərdə çox fəal iştirak ediblər. Bundan sonra da bu istiqamətdə öz işlərini layiqincə yerinə yetirə biləcəklər".

Tədbirdə iştirak edən "Səs" İnformasiya Agentliyinin (SİA) icraçı direktoru Vəli Vəlili qeyd edib ki, bundan sonrakı fəaliyyətində İB-nin daha sağlam ruhda işləməsi önəmlidir.

Qeyd edək ki, tədbirin sonunda İB-yə dəstək olan bir sıra dövlət qurumlarının nümayəndələri mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə