11-12 fevral 2013-cü il tarixlərində SAM-ın İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin enerji məsələləri üzrə eksperti Gülmira Rzayeva və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin Rusiya və MDB üzrə eksperti Heydər Mirzə Polşanın Beynəlxalq Əlaqələr İnstitutu (PISM) tərəfindən təşkil olunmuş "Azərbaycan və Avropa Şurası - Enerji və Təhlükəsizlik" adlı konfransda məruzə ilə çıxış etmək üçün Varşavaya səfər ediblər.
SAM-dan SİA-ya verilən məlumata görə, G.Rzayeva "Cənub Qaz Dəhlizi: milli maraqların və beynəlxalq öhdəliklərin balanslaşdırılması", Heydər Mirzə isə "Qafqazda təhlükəsizlik (Qarabağ kontekstində)" məruzə ilə çıxış edəcəklər.
Qeyd edək ki, konfrans iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB