Ötən həftə Kənd Təsərrüfatı Nazirliyini təşkilatçılığı ilə keçirilən ənənəvi həftəsonu yarmarkasında baş verən "balıq üsyanı" bu həftə də keçirilən yarmarkaya öz təsirini göstərib. Belə ki, Yasamal rayonu ərazisində təşkil edilən yarmarkada satılan balıqdan şikayətlənən alıcı balıq məhsullarının köhnə olduğunu, yoxlamadan keçirilmədiyini bildirərək ailəsində zəhərlənmə faktı olduğunu bildirmişdi. SİA-nın xəbərinə görə, bu hadisədən sonra bu şənbə və bazar təşkil olunan yarmarkada balıq məhsullarını satışına ümumiyyətlə, icazə verilməyib. Yarmarkada balıq məhsullarını satışı təşkil olunmayıb.
Bunu digər satıcılar balıq məhsulları ilə bağlı ötən həftə yaranan problemlə əlaqələndirərək xəbərin mətbuatda yayılmasının da təsirini olduğunu vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB