Qax rayon sakinindən narkotik vasitə götürülüb

Qax rayon sakinindən narkotik vasitə götürülüb

Qax rayon sakinindən narkotik vasitə götürülüb. Bu barədə Qax rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, Qax rayon PŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövrüyyəsilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil edilməsi istiqamətin tədbir keçirib.

Keçirilmiş tədbir nəticəsində 1962-ci il təvəllüdlü Qax şəhər sakini Balacayev İlqar Şakir oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı 412 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Fakla bağlı Qax RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə