Azərbaycan Milli Məclisinin yaz sessiyasının fevralın 12-də keçirilməsi nəzərdə tutulan ikinci iclası təxirə salınıb. SİA-nın xəbərinə görə, iclas fevralın 15-ə keçirilib. İclasın təxirə düşməsinə səbəb spiker Oqtay Əsədovun rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyətinin Pakistanda səfərdə olmasıdır.

İclasın gündəliyinə 7 qanun layihəsi ilə yanaşı, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi" də daxildir. Gündəliyə salınan qanun layihələri "İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının nizamnaməsinin təsdiq edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Qrant haqqında", "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Dini etiqad azadlığı haqqında" qanunlara, habelə Ticarət Gəmiçiliyi Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər barədə layihələrdir. Eyni zamanda "Uşaqların icbari dispanserizasiyası haqqında" qanun layihəsi də həmin gün müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...