Xocalı soyqırımı ilə bağlı imzatoplama kampaniyası davam edir

Ağ Evin rəsmi səhifəsində yer alan "Biz xalqıq" (We the people) bölməsində Xocalı qətliamının tanınması məqsədilə yerləşdirilmiş petisiya üçün faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə imzatoplama kampaniyasına başlanılıb. Artıq ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün "Biz xalqıq" kampaniyası çərçivəsində səsvermə başlayıb.

Məlumatda qeyd olunur ki, "Biz xalqıq" kampaniyasında səsvermədə iştirak etməzdən əvvəl "İştirak şərtlərini" oxuduğunuza, qəbul olunmuş qayda və təlimatlara riayət etdiyinizə əmin olmaq lazımdır. "Biz xalqıq" kampaniyasında iştirak etmək üçün WhiteHouse.gov ünvanında hesab yaratmaq vacibdir.

Bunun üçün əvvəlcə saytda "Hesab yarat" (Create an account) bölməsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Daha sonra orada e-mail ünvanına daxil olub göndərilən linki təsdiqləmək lazımdır.SİA-nın məlumatına görə, müraciətin mətnində Azərbaycan ərazilərinin 20%-nin uzun illər ərzində Ermənistan tərəfindən işğal olunması, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən yerinə yetirilməyən 4 qətnaməsi (№ 822, 853, 874, 884), həmçinin erməni təcavüzündən əziyyət çəkən yüz minlərlə qaçqın və məcburi köçkünlər haqqında yazılıb.

Biz də öz oxucularımızı həmin müraciətə imza atmağa dəvət edirik. Müraciət yanvarın 23-də yayımlanıb və tələb olunan 100 000 imzadan 63,303-ü artıq toplanıb.

Ağ Evin saytındakı müraciətə imza atmaq üçün sadə qeydiyyat proseduru tələb olunur. Bu, sizin bir neçə dəqiqədən artıq vaxtınızı almayacaq. (Qeydiyyat burada)

1. Bu keçidə (https://petitions.whitehouse.gov/user/register?destination=petition/fair-treatment-charter-schools/WQRQr83q) daxil olaraq elektron poçt ünvanınız, adınız və soyadınız olan bölmələri doldurun;
2. Bir neçə dəqiqədən sonra sizin poçtanıza Ağ Ev saytının administrasiyasından dərhal parol və istifadəçi adı olan məktub gələcək. İstifadəçi adı sizin elektron poçt ünvanınız olacaq.
3. Poçt ünvanınıza gələn məktubda birinci linkin üzərinə vurub öz imzanızı təsdiqləməlisiniz. Bundan sonra siz öz imzanızı təsdiqləmiş olursunuz.

Qeyd edək ki, petisiyanın müzakirəyə çıxarılması üçün ona fevralın 25-ə qədər 100 min adamın səs verməsi lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə