Azərbaycanda bu gün bir neçə yanğın hadisəsi baş verib. SIA-nın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan əlavə, Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 18 kv.m olan taxta konstruksiyadan ibarət köməkçi tikili 9 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB