Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində turizmin inkişafına yönəlmiş tədbirlər tez-tez həyata keçirilir. Onlardan biri - Beynəlxalq Qaradəniz Turizm sərgisi bu il fevralın 14-17-də Ordu şəhərində keçiriləcək. Sərginin təşkilatçıları Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ordu Valiliyi və Türkiyə Səyahət Agentlikləri Birliyidir (TURSAB).
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və Heritage Travel Turizm Şirkətinin nümayəndə heyətləri həmin sərgiyə qatılmaq üçün fevralın 12-də Ordu şəhərinə yola düşəcək. Qurumdan SİA-ya verilən məlumata görə, nümayəndə heyətimiz Azərbaycanın turizm imkanlarını, turizmin inkişafında son illərdə əldə olunmuş yenilikləri, turizmin yeni növləri ilə bağlı ölkəmizdə aparılan işləri sərgi ziyarətçilərinin diqqətinə çatdıracaqlar. Bundan ötrü, bir sıra audio və video materiallar, nəşrlər, bannerlər, tanıtma vəsaitləri Ordu şəhərinə aparılacaq.
Sərgininin təşkilatı işlərini üzərinə götürmüş Demar Sərgi Birliyinin baş direktoru Rəcəb Köyməndən aldığımız məlumata görə, sərgi 4 min kvadrat metr sahəsi olan Ordu Mədəniyyət Mərkəzində müxtəlif tədbirlər vasitəsilə gerçəkləşəcək. Yerli və əcnəbi iştirakçılar öz ölkələrinin turizm məhsullarını, otel və turizm agentliklərini nümayiş etdirməklə yanaşı, musiqi, rəqs, milli mətbəx və s. təqdim edəcəklər.
Qeyd edək ki, MİRAS İctimai Birliyinin Musiqi Qrupu da tədbirdə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB