Əkrəm Əylislinin "Daş Yuxular" əsərinə ölkənin qərb bölgəsinin ziyalılarından da etiraz səsi yüksəlib. Paytaxtla yanaşı bölgələrdə yaşayan ziyalı təbəqəsi, sadə vətəndaşlar yazıçının son əsərinin Azərbaycan xalqına xəyanət kimi qiymətləndirib. Tarixci Asif Cavadovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bu əsər Əylislinin ermənipərəst mövqedə olduğunu bir daha ortaya qoyur. Ölkənin ikinci böyük şəhəri Gəncə ilə yanaşı ətraf bölgələrin ziyalıları da sözügedən əsərdən olduqca qəzəblidir.
Artıq bölgələrdə Əkrəm Əylislinin kitabları kitabxanalardan yığışdırılır. Cəmiyyət yazıçının millətə və xalqımıza qarşı ən ağır xəyanət etdiyini və artıq ölkəmizdə ona yer olmadığı qənaətindədir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB