Ermənistanın Suriyadan Dağlıq Qarabağa köçürdüyü ermənilərin arasında hazırlıqlı terrorçuların olması istisna edilmir. Belə ki, Livanda yaradilmiş ASALA terror təşkilatının terrorçu yetişdirmə mərkəzi məhz Suriyadadır. Apostol adlı digər bir erməni terror təşkilatı isə Suriyada yaradılıb və Suriya, Livan və Ermənistan ermənlirindən ibarətdir. Həm də ki artıq Ermənistanın belə addımlar atmasına dair faktlara rast gəlinib. Karo Kaxkeçyan – 1962-ci ildə Suriyanın Hələb şəhərində doğulub. Ermənistan tərəfindən 1993-cü ildə Suriyadan Dağlıq Qarabağa gətilirlmiş bir çox terrorçunun daxil olduğu "xaçgəzdirənlər" adlı dəstəyə başçılıq edib.
Bu dəstə Laçın, Kəlbəcər və Ağdərədə terror əməlləri ilə məşğul olub. Onların ASALA ilə sıx əlaqədə olduqları bildirilir. Dağlıq Qarabağda Ermənistan tərəfindən Suriyadan gətirilmiş 300-ə yaxın belə xüsusi terrorçu terror əməlləri ilə məşğul olub. Sirr deyil ki ASALA–nın hazırda fəaliyyət göstərdiyi Suriyanın özündə belə Ermənilər terror əməlləri ilə məşğuldur. Daily Teleqraf qəzetinə müsahibəsində belə erməni terrorçularından biri deyib".
Biz burda PKK ilə birlikdə əsasən türklərə qarşıyıq. Harda türk gördük onları məhv edirik.Onsuz da burda kim kimi öldürdü bilinmir." Agentlik son 6 həftə ərzində 150 erməninin Suriayadakı küçə döyüşlərinə qatıldığını yazır. Onların əsas qərərgahları snayperlərlə təchiz olunmuş erməni kilsələridir. Beləliklə Suriyadan erməni ailələri adı altında Dağlıq Qarabağa köçürülən ermənilərin Qarabağa gətirilməsinin əslində başqa səbəbləri olduğu aydın görünür.
Hərbi ekspert Yaşar Cəfərlinin sözlərinə görə, orada terrorçu yerləşdirmək çox asan məsələdir, çünki işğal altdadı: "Ermənilər belə məsələlərlə Gürcüstanda, Türkiyədə də məşğul olurlar. Birinci dəfə deyil". Xarici İşlər nazirinin müavini Araz Əzimov isə deyir ki, ermənilər başqa məqsədlər güdür: "Bu məsələyə böyük diqqət lazımdır, bu sadəcə məskunlaşma üçün istifadə edilən hansısa qaçqın məsələsi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB