Kür çayının səviyyəsində artım müşahidə olunub

Kür çayının səviyyəsində artım müşahidə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bildirib ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-240, Kiçik Qafqazın çaylarında 50-180, Lənkəran-Astara bölgəsi çaylarında 20-190, Naxçıvan MR çaylarında isə 60 faizini təşkil edir. Departamentdən SİA-ya verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 135 m3/s olmaqla, ongünlük normanın 81 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 149 m3/s və ongünlük normanın 90 faizini təşkil etmişdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 67 m3/s olmaqla, ongünlük normanın 98 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 72 m3/s təşkil etmiş və ongünlük normanın 105 faizinə bərabər olmuşdur.

Son 4 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 75 sm, Şirvanda 82 sm, Bankədə 21 sm, Araz çayının Novruzlu məntəqəsində 61 sm artım, Salyanda isə son 3 gün ərzində suyun səviyyəsində əsasən azalma müşahidə olunbu, lakin fevralın 08-də suyun səviyyəsində 20 sm artım qeydə alınıb. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 458 sm (2012-ci il fevralın 08-də 592 sm), Şirvanda 343 sm (2012-ci il fevralın 08-də 476 sm ), Salyanda 260 sm (2012-ci il fevralın 08-də 433 sm), Bankədə 247 sm (2012-ci il fevralın 08-də 327 sm), Araz çayının Novruzlu məntəqəsində isə 206 sm (2012-ci il fevralın 08-də 298 sm) təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə