Gənc liderlər qonaq qəbul edib

"Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsinin səmimi söhbət panelinin növbəti qonaqları tanınmış müğənni və rep ifaçısı Miri Yusif və "New Baku Post" qəzetinin təsisçisi və redaktoru Tural Əliyev olub.

İctimai Birlikdən SİA-ya verilən məlumata görə, ilk olaraq qonaq olan Miri Yusif özü haqda məlumat verib. Kumiri, sevdiyi bəstəkarlar, maraqları, musiqiyə olan sevgi və bağlılığı, həyatının maraqlı və yadda qalan məqamlarını gənclərlə bölüşüb. Eyni zamanda çəkdirdiyi kliplər, albomu və yeni mahnılarından söhbət açıb.

Gənc liderlərlə görüşən Tural Əliyev fəaliyyəti, jurnalistikaya olan marağı, bu sferaya gəlməsi ilə bağlı məlumat verib.

Eyni zamanda "New Baku Post" qəzetinin yaranması haqda danışıb. Daha sonra öz müəllimlik fəaliyyətindən söhbət açıb və universitetlərdə yaradılan yeni ixtisaslar haqda gəncləri məlumatlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə