"Azərbaycan peykini orbitə buraxmaqla öz qüdrətini nümayiş etdirdi"

"Azərbaycan peykini orbitə buraxmaqla öz qüdrətini nümayiş etdirdi"

Aydın Hüseynov: "8 fevral 2013-cü il tarixi Azərbaycan dövlətinin inkişafının zirvəsini əks etdirən əhəmiyyətli günə çevriləcək"

"Azərbaycan peykini orbitə buraxmaqla bir daha öz qüdrətini, inkişafını nümayiş etdirdi. Dünyanın bütün dövlətləri gördülər ki, Azərbaycan qarşısına qoyduğu hədəflərə çatan güclü dövlətdir". Bunu YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Aydın Hüseynov bildirib ki, 8 fevral 2013-cü il tarixi Azərbaycan dövlətinin inkişafının zirvəsini əks etdirən əhəmiyyətli günə çevriləcək: "Təbii ki, Azərbaycan bundan sonrakı illərdə də növbəti peyklərini orbitə buraxacaq. Amma sırf bu günün əhəmiyyəti daha böyük olacaq. Çünki, Azərbaycanda həyata keçirilən Heydər Əliyev siyasətinin 20 illiyində, eləcə də, cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 10 illiyində bu tarixi hadisə baş verdi. Bu, həqiqətən də, qürurverici tarixi hadisədir".

Bütün xəbərlər Facebook səhifəmizdə