Sədaqət Vəliyeva: "Azərbaycan peykinin orbitə buraxılması ölkəmizin inkişafının zirvəsidir"
"Çox sevindirici haldır ki, Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - "Azərspace-1" uğurla orbitə buraxılıb. Bu bir daha göstərir ki, Azərbaycan dövləti İKT sektorunun inkişafına xüsusi diqqət ayırır". Bunu YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan peykinin orbitə buraxılması ölkəmizin inkişafının zirvəsidir: "Bu artıq günümüzün reallığıdır ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsidir. Azərbaycan qarşısına qoyduğu hədəflərə bir-bir çatır. Bunun səbəbi isə birdir: məqsədyönlü siyasət, xalqın dəstəyi. Bu gün həqiqətən də, dünya bir daha Azərbaycan dövlətinin gücünü və qabiliyyətini gördü. Çünki, dünyadan 200-dən artıq dövlət olsa da, onlardan yalnız bəziələrinin peyki var. Azərbaycan da məhz, peyki olan ölkələr kateqoriyasına daxildir. Əminəm ki, Azərbaycan dövləti gələcək planlarını da bu cür uğurla yerinə yetirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB