Uşaq ölümlərinin səbəbi valideyinlərdir

Uşaq ölümlərinin səbəbi valideyinlərdir

"Keçən il ölkə ərazisində yol qəzalarında 79 uşaq ölüb". SİA-nın verdiyi xəbərə görə, bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, ölən uşaqların 29 nəfəri 1-7 yaş arası, 50-si isə 7-16 yaş arasında olub: "Uşaq ölümlərinə əsas səbəb uşaqların nəqliyyat vasitələrində ön hissələrdə oturmalarıdır. Bəzi valideynlər sevgi əlaməti olaraq uşaqları ön oturacaqlarda əyləşdirirlər. Onlar nəzərə almalıdırlar ki, təhlükəsizlik yastıqlarının açılması zamanı onlara dəyən zərbə ölümə səbəb olmağa kifayət edir".

Bütün xəbərlər Facebook səhifəmizdə