Azərbaycanda sürət həddini aşan sürücülərə tətbiq olunan cərimələrin miqdarı artırılıb. SİA-nın verdiyi xəbərə görə, bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, sürət həddini aşan sürücülərə tətbiq olunan cərimələrin miqdarı artırılıb: "Sürət həddini 10-20 km aşanlara 30 manat, 20-40 km aşanlara 50 manat və 2 bal, 40-60 km aşanlara 150 manat və 3 bal, 60 km və daha yuxarı həddə aşanlara isə 250 manat və 4 bal cərimə tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə