"Ötən il respublika ərazisində piyadaların vurulması ilə nəticələnən 1065 yol qəzası baş verib". SİA-nın məlumatına görə, bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, nəticədə 393 nəfər piyada ölüb, 749 nəfər yaralanıb. Piyadaların vurulması ilə nəticələnən yol qəzası ümumi qəzaların 36 faizini təşkil edib. Qeyd olunub ki, piyadaların vurulması ilə nəticələnən yol qəzası əvvəlki illə müqayisədə 13-14% azalıb".
Tədbirdə Kamran Əliyev bir sıra məsələlərə də aydınlıq gətirib.
Qeyd edək ki, mətbuat konfransı davam edir.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB