Terminologiya Komissiyasında monitorinq qrupu yaradılıb

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında ölkədə dil pozuntularına nəzarət etmək məqsədilə Monitorinq Qrupu yaradılıb və bununla əlaqədar AMEA Terminologiya Komissiyasının illik hesabatından sonra Akademiyanın Rəyasət Heyəti qərar qəbul edib. SİA-nın xəbərinə görə, qərarda Terminologiya Komissiyasının terminlərin kütləvi-informasiya vasitələrində, idarə və müəssisələrdə, məktəblərdə düzgün tətbiqinə nəzarətin gücləndirməsi və bu işi həyata keçirmək üçün Monitorinq Qrupunun yaradılması nəzərdə tutulub.

Bundan əlavə ölkədə elmin nüfuzunu qorumaq üçün Terminologiya Komissiyasının qərarı olmadan tərtib olunan terminoloji lüğətlərin nəşrinə və yayılmasına qarşı mübarizənin gücləndirilməsi də qərarda öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə