Bu gün Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyası (BAXCP) Türkmənçay müqaviləsinin 185-ci il dönümü ilə əlaqədar dəyirmi masa keçirir. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa və digər ictimai şəxslər iştirak edir.
Məlumat üçün bildirək ki, hazırda dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam edir.
Qeyd edək kİ, Türkmənçay müqaviləsi II Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 Fevral-da Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanıb. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.Bakıxanov da iştirak ediblər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak edib. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıblar.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə