İran İslam respublikasında iyun ayında keçiriləcək prezident seçkisinin namizədlərindən biri seçicilərinə qalmaqallı vədlər verib. Türkiyənin "Cihan" Agentliyi xəbər verir ki, Ayətullah Seyyid Məhəmməd Bokri Harrozi Azərbaycan, Tacikistan və Ermənistan torpaqlarını İran ərazisinə qatacağını vəd edib.
Prezidentliyə namizəd Ayətullahın bu fikirlərinə Tacikistandan etiraz cavabı verilib. Rəsmi Düşənbə ölkə ictimaiyyətinin bu fikirlərinə görə Harrozini pislədiyini deyib.
"İran Tacikistanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Keçən 20 il ərzində Tacikistan və İran arasındakı münasibətlər beynəlxalq normalar və BMT-nin nizamnaməsi çərçivəsində tənzimlənib. Keçən hər il münasibətlər daha da inkişaf edir. Müştərək mədəniyyət, dil və etnik əlaqələr iki ölkə arasındakı münasibətləri diri saxlayır" – deyə Tacikistan Xarici İşlər naqzirliyinin rəsmi açıqlamasında bildirilib. anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB