Elmar Məmmədyarov Qahirədə görüşlər keçirib

Elmar Məmmədyarov Qahirədə görüşlər keçirib

Xarici işlər naziri Elmar Məmmədyarov Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirakı çərçivəsində Maldiv Respublikasının prezidenti Məhəmməd Həsən ilə görüşüb. Bu barədə Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq imkanları və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. Maldiv Respublikasının Prezidenti Məhəmməd Həsən ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Xarici işlər naziri Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Maldivlə ikitərəfli münasibətləri genişləndirməyə hazır olduğunu qeyd edib.

Daha sonra Məmmədyarov Zirvə Toplantısında iştirak edən Əlcəzair nümayəndə heyətinin başçısı Bilkasem Sahli ilə görüşüb. Görüşdə bir sıra sahələrdə, o cümlədən enerji, turizm və iqtisadiyyat sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub. Tərəflər həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin və işgüzar dairələrin təmaslarının əhəmiyyətini vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə