Əkrəm Əylislinin "Daş yuxuları" romanı bir çox qurumlarda müzakirə edilib və qətiyyətlə pislənib. Roman orijinal olaraq Azərbaycan dilində yazılıb, sonradan isə "Drujba narodov" ("Xalqlar dostluğu") jurnalı üçün müəllifin özü tərəfindən rus dilinə tərcümə edilib. Roman Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olub. İstər dövlət qurumları, istərsə də sadə vətəndaşlar bu romana qarşı öz etirazını bildirib.
SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin bir qrup üzvü də bu gün mətnin müzakirəsini keçirir. Müzakirə millət vəkillərinin və gənclərin iştirakı ilə YAP GB-nin mərkəzi ofisində baş tutub.
Qeyd edək ki, tədbir hazırda davam edir.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB