"Qış Universiteti"nin “Paşa Sığorta günü”

"Qış Universiteti"nin “Paşa Sığorta günü”

"İRƏLİ" İctimai Birliyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində keçirilən "Gənc Liderlər üçün Qış Universiteti - Sığortalı Gənclik" layihəsi davam edir. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, layihənin "Paşa Sığorta" gününün ilk panelinə "Paşa Sığorta" ASC-nin Anderaytinq şöbəsinin müdiri Eldar Abbaszadə ekspert qismində qonaq olub. "Sığortalı gələcək" adlandırılan paneldə ekspert gənc liderlərə sığortanın tarixi, onun inkişaf mərhələləri, risklərin qiymətləndirilməsi və sığortanın əhəmiyyəti barədə danışdı.

Daha sonra layihə iştirakçıları ekspertə sığorta barədə onları maraqlandıran sual və təkliflərini ünvanlayıblar.

Sonda, iştirakçı komandaların sığorta haqqında hazırladıqları videoçarxlar nümayiş olunub. Videoçarxları aşağıdakı keçiddən izləyə bilərsiniz:

http://www.youtube.com/watch?v=4lIVY5K8RR8

http://www.youtube.com/watch?v=kJXHKRn-TUs

http://www.youtube.com/watch?v=_8wZ3B-Wlg4

http://www.youtube.com/watch?v=g01HTyirdEk


Bütün xəbərlər Facebook səhifəmizdə