Zərdabi Mətbuat Mərkəzi yeni müsabiqəyə start verib

Zərdabi Mətbuat Mərkəzi yeni müsabiqəyə start verib

Bu gün Azərbaycan Mətbuat Şurasında Zərdabi Mətbuat Mərkəzinin "Tükdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycan kütləvi infornmasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsi çərçivəsində "Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycan KİV-lərində" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə MŞ-nın sədri Əflatun Amaşov, Zərdabi MM sədri Rəhim Hüseyinzadə, bir sıra media orqanlarının rəhbərləri, ictimai-siyasi xadimlər, media ekspertləri, türkdilli ölkələrin Azərbaycandakı səfirliklərinin və diplomatik missiyaların nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Ə.Amaşov Zərdabi MM barədə qısa məlumat verdi. O bildirdi ki, təşkilat indiyədək media peşəkarlığının artırılmasına yönələn bir sıra layihələr reallaşdırb. Qrum 2013-cü ilin əvvəlindən "Tükdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycan kütləvi infornmasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusunda layihəyə start verib. Layihənin icrası üçün Zərdabi MM-in tərkibində Türkdilli ölkələrin və toplumların mediası ilə iş üzrə departament yaradılıb.

Daha sonra çıxış edən Zərdabi MM sədri Rəhim Hüseyinzadə bildirib ki, bu layihənin əsas məqsədi Azərbaycan mediasının və ümumilikdə media ictimaiyyətinin türk dünyası ilə bağlı materiallara diqqətini artırmaqdan, mətbuat orqanlarının mövcud sahəsdəki peşəkarlıq səviyyəsinə dair konkret meylləri müəyyənləşdirməkdən, həmçinin jurnalistlərin sahəyə olan marağını stimullaşdırmaqdan ibarətdir.

Qeyd edək ki, müsabiqə üçün dil və janr məhdudiyyəti qoyulmur. Yazıların həcmi beş A 4 formatlı kağız vərəqindən artıq olmamalıdır. Qaliblər I, II, III, yerlər olmaqla mükafatlandırılacaq. Habelə həvəsləndirici mükafatlarda nəzərdə tutulub.

I yer - 800 manat

II - yer 500 manat

III - yer 300 manat

3 nəfər üçün həvəsləndirici mükafat – 100 manat

Bütün xəbərlər Facebook səhifəmizdə