Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində Afrikanın 53 ölkəsini birləşdirən Afrika İttifaqı Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə ARGTMŞ-nın rəhbər heyəti və Afrika İttifaqı Komissiyasının (AİK) İnsan Resursları və Gənclər Sektoru üzrə komissarı Raymonde Agossounun da yer aldığı nümayəndə heyəti iştirak edib.
Görüşün məqsədi Azərbaycan və Afrika ölkələrinin gəncləri arasında əməkdaşlığın genişləndirilməsi və sözügedən ölkələrdə aparılan gənclər siyasəti ətrafında fikir mübadiləsi aparılmasıdır.
Görüş zamanı qonaqlara ARGTMŞ, onun və üzv təşkilatlarının fəaliyyəti barəsində məlumat verilib. Görüşdə həmçinin Azərbaycanda həyata keçirilən gənclər siyasəti, Azərbaycan gənclərinin fəallaşdırılması istiqamətində Gənclər Fondunun rolu haqqında danışılıb.
Qonaqlar tərəfindən AİK-nın Afrika ölkələrinin gəncləri üçün hazırladığı proqramlar haqqında məlumat verilib. Həmçinin Azərbaycanda gənclər sahəsində aparılan iş yüksək qiymətləndirilərək ölkəmizlə əməkdaşlığa hazır olduqları bildirilib.
Görüş zamanı ARGTMŞ və Afrikanın 55 ölkəsinin gənclər təşkilatını birləşdirən "Pan-Afrika" Gənclər Birliyi arasında bağlanmış əməkdaşlıq haqqında memorandum barədə də danışılıb. Eyni zamanda son dövrlərdə Azərbaycan və Afrika gəncləri arasında əməkdaşlığın gücləndirildiyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB