Müsabiqə elan olundu

Zərdabi Mətbuat Mərkəzi "Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycan KİV-lərində: Mövcud durum və peşəkarlığın artırılması yolları" mövzusundaki layihə çərçivəsində müsabiqə elan edir.
SİA-nın xəbərinə görə, müsabiqəyə təqdim olunan yazılar üçün aşağıdakı istiqamətlər müəyyənləşdirilib.

Türk dünyasının tarixi keçmişi
Türkdilli xalqların inteqrasiya məsələləri
Türkdilli xalqların qloballaşan dünyada yeri və rolu
Türkdilli xalqların ədəbiyyatı və mədəniyyəti
Türk dünyasının görkəmli şəxsiyyətləri

Yazılarda üstünlük veriləcək: Materialların əhatə etmə səviyyəsi
Elmi faktlardan istifadə xüsusiyyətləri
İfadə vasitələrinin zənginliyi
Publisistik durum

Qaliblər

1 yer 800 manat
2 yer 500 manat
3 yer 300 manat
3 həvəsləndirici mükafat - 100 manat 3 nəfər üçün

Müsabiqə sərtləri 2013-cü ilin fevral ayının 1-dən aprel ayının 15-dək olan müddətdə KİV -lərdə gədən yazılar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmayıb.
Yazılar həcm baxımından 5 A 4 formatlı kağız vərəqindən çox olmamalıdır.
Materiallar 3 nüsxədə yazılmalı,həmcinin elektron formada şəxsən təqdim olunmalıdır.

Qeyd edək ki, yazılar hər gün 10:00-dan 17:00-dək Azərbaycan Mətbuat Şurasının ofısınə təqdim olunmalıdır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə