FHN: "Ötən il hadisələrdə ölənlərin sayı azalıb"

FHN: "Ötən il hadisələrdə ölənlərin sayı azalıb"

"Ölkədə baş vermiş yanğın hadisələri zamanı insan ölümünün sayı azalıb". SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinin "Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi" mövzusunda keçirilən seminar-müşavirədə çıxışında xidmətin rəisi Elmar Hüseynov belə deyib. O bildirib ki, 2011-ci ildə 2 340 yanğın hadisəsi qeydə alınmış və bu hadisələr zamanı 66 insan ölmüşdüsə, 2012-ci ildə Nazirliyin və onun müvafiq qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisələrin sayı 2 131-ə və hadisə nəticəsində ölənlərin sayı isə 56-ya enib.

Bütün xəbərlər Facebook səhifəmizdə