Qanun layihəsi müzakirə edilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri millət vəkili İlyas İsmayılovun Cinayət Məcəlləsinə əlavə edilməsi ilə bağlı qanun layihəsini müzakirə ediblər.

Layihədə təklif olunan maddəyə əsasən, deputat və məmurlar qanuna zidd olaraq bizneslə məşğul olmalarına görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bununla əlaqədar həmin şəxslərə qarşı 6 aydan 2 ilə qədər azadlığın məhdudlaşdırılması da təklif edilir. Müzakirələr zamanı millət vəkilləri təklif olunan əlavəyə etiraz ediblər.

Komitə sədri Əli Hüseynli isə vəzifəli şəxslərin bizneslə məşğul olması barədə yaranan problemlərin aradan qaldırılması üçün yeni müvafiq qanunun hazırlanması təklifini irəli sürərək həmkarının hazırladığı qanun layihəsini parlamentin plenar iclasına tövsiyyə etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə