Qış universitetinin 3-cü gününün qonağı Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov olub. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, "Gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi" mövzusunda keçirilən panel komandaların yarışı ilə başlayıb. Üç mərhələdən ibarət olan yarışlara komandalar böyük fəallıq və maraq göstəriblər.
Birinci mərhələdə hər bir komandaya 10 sualdan ibarət kartlar paylanılıb və müəyyən olunmuş vaxt ərzində komandalar ünvanlanmış sualları cavablandırıblar.
İkinci hissədə natiqlik qabiliyyətinin artırılması ilə bağlı hər bir komandaya "Azərbaycan Dövlət Gənclər siyasəti", "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi", "Liderlik və fəal vətəndaş mövqeyi", "Sığortalı gənclik və cəmiyyət" və s mövzular təqdim olunub və qeyd olunan mövzu ətrafında komandalar öz çıxışlarını nümayiş etdiriblər. Üçüncü hissədə komandalara "Ölkəni təmsil et" mövzusu təqdim olunub və müəyyən olunmuş vaxt ərzində gənclər həmin mövzu ilə bağlı rəsm çəkiblər.
Keçirilən yarışların nəticəsi olaraq test suallarına görə "Uğur", natiqlik qabiliyyətinə görə "Birlik", Azərbaycanı təmsil etmə üzrə "İnkişaf", ən yaxşı suala görə "Etimad", aktiv iştiraka görə "Tərəqqi" komandası qalib gəlib və kubokla mükafatlandırılıblar.
Həmçinin 4 fevral tarixində Bakı şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən komandalar arasında keçirilən "kəndir dartma" yarışının qalib komandalarına medallar təqdim olunub. Yarışda 1-ci yerə "Etimad" komandası, 2-ci yerə "İnkişaf" komandası və 3-cü yerə "Tərəqqi" komandası layiq görülüblər.
Panel zamanı Raqif Abbasov Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, onun fəaliyyəti haqda məlumat verib, gənclərin aktivliyindən, uğurlarından danışıb. Raqif Abbasov qeyd edib ki, bu günkü gənclik daha şanslıdır: "Bu gün siz gənclər üçün yaradılan hər bir şəraitdən maksimum yararlanmağa çalışın. Hər zaman biliyə qiymət verin. Daima öz üzərinizdə çalışın, mütaliə edin".
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB