Britaniyalı deputat Xocalı aeroportu barədə bəyanat verib

Kristofer Pinçer: "Azərbaycan hökumətinin sanksiyası olmadan onun hava məkanında icazəsiz uçuşlara yol verilmir"
Britaniyalı deputat Xocalı aeroportu barədə bəyanat verib

Britaniya Parlamentinin deputatı Ermənistanın Xocalı aeroportu barədə planlarına dair bəyanat verib. "Xocalı aeroportu qanuni olaraq fəaliyyət göstərə bilməz, belə ki, Azərbaycan hökumətinin sanksiyası olmadan onun hava məkanında icazəsiz uçuşlara yol verilmir", - Mühafizəkar Partiyasından olan deputat, Energetika və iqlim dəyişikliyi üzrə xüsusi komitənin üzvü, bütün partiyaların təmsil olunduğu Azərbaycan üzrə parlament qrupunun sədri Kristofer Pinçer Ermənistanın Xocalı aeroportu barədə planlarına dair suala münasibət bildirərkən deyib. Bu barədə trend-ə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib

"Aeroportu açmaq təklifi əsas prinsip kimi ucuz siyasətlə bağlıdır. Hərbi əməliyyatların bitdiyi halda və öz evlərindən çıxarılmış və hazırda məcburi köçkün düşərgələrində çətin həyat sürən insanlar evlərinə qayıtmaq şansını aldıqları zaman aeroportun yenidən açılması barədə danışmaq mümkun olacaq", - Pinçer deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə